Sərxoş qadın qəza törətdi - FOTO

Qəzalar 16 Mart 2018 09:53 Oxunub 698
Sərxoş qadın qəza törətdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib. “Report” xəbər verir ki, Tbilisi prospektinin keçmiş Nəqliyyat Nazirliyinin inzibati binasına yaxın hissəsində iki "Mercedes" markalı minik maşını toqquşub. Xəlilova Gülnar Oqtay qızı "99-LD-985" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili idarə edən zaman sürət həddini aşıb və qəfil əyləcdən istifadə edərək yolun əks tərəfinə keçib. Nəticədə o, əks yolda hərəkətdə olan "99-DD-563" dövlət qeydiyyat nişanlı"Mercedes" markalı avtomobilə çırpılıb. Qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb. Əraziyə Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Xanım sürücü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb. Onun sərxoş olduğu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh