Yaponlar tıxac problemini həll etmək üçün qeyri-adi üsul fikirləşiblər

Texnologiya 16 Mart 2018 10:37 Oxunub 1496
Yaponlar tıxac problemini həll etmək üçün qeyri-adi üsul fikirləşiblər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2020-ci ildə keçiriləcək Tokio yay Olimpiya oyunları ərəfəsində

Yaponiyada tıxac problemini həll etmək üçün qeyri-adi üsul fikirləşiblər. Bildirilir ki, 2020-ci ildə keçiriləcək Tokio yay Olimpiya oyunları zamanı, “Cartivator” şirkəti “Toyota Motor”un iştirakı ilə uçan avtomobilin prototipini yaratmaq istəyir.

Avtosfer.az Life.ru-ya istinadən xəbər verir ki, Yaponiya hakimiyyəti nəqliyyat tıxaclarının problemini həll etmək üçün uçan avtomobillərin hazırlanmasını dəstəkləyəcək. Bu barədə NHK telekanalı xəbər verir.

Hökumət şirkətlərə dəstəyi və müvafiq qanunvericiliyin hazırlanmasını İqtisadiyyat Nazirliyinə tapşırıb. Gözlənilir ki, belə qurğuların hazırlanması üzrə ekspertlər şurası yaradılacaq və təklif olunan texnologiyalar müzakirə olunacaq.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh