Bakı-Qazax yolunda ağır yol qəzası: 2 ölü, 4 yaralı - FOTO

Qəzalar 16 Mart 2018 11:57 Oxunub 1817
Bakı-Qazax yolunda ağır yol qəzası: 2 ölü, 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Hacıqabulun Atbulaq kəndi ərazisində “Mercedes” markalı avtomobil yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində iki qadının öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlardan biri “Mercedes”in sürücüsü, 3-ü isə avtomobildə olan azyaşlılardır. Uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar.  


ŞƏRH YAZ
Ad

E-mail

Şərh