Yük maşını ilə minik avtomobili toqquşdu: xəsarət alanlar var - Yevlaxda

Qəzalar 16 Mart 2018 14:12 Oxunub 700
Yük maşını ilə minik avtomobili toqquşdu: xəsarət alanlar var - Yevlaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Yevlax rayonunda yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeravanlılar qəsəbəsində baş verib.  Belə ki, "Ford" markalı yük maşını  ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Yevlax şəhər sakini, 1988-ci il təvəllüdlü Elgün İsrəfil oğlu Qasımov xəstəxanaya yerləşdirilib. Digər sürücünün xəsarətləri yüngül olduğundan hadisə yerində ambulator yardım alıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh