Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəlində dəyişiklik edilir

Gündəm 16 Mart 2018 15:03 Oxunub 789
Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəlində dəyişiklik edilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Novruz  bayramı ərəfəsində

Novruz  bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, qatar 18 mart - 1 apel tarixlərində həftədə iki dəfə, Naxçıvandan həftənin IV və VII günləri saat 11:40-da yola düşəcək. Məşhəd stansiyasına həftənin I və V günləri saat 19:25-də çatacaq.

“Qatar 17 mart - 3 apel tarixlərində Məşhəddən həftənin II və VI günləri saat 00:30-da yola düşəcək, həftənin III və VII günləri saat 08:45-də Naxçıvana çatacaq”,  -deyə məlumatda bildirilir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh