Daha bir küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır - VİDEO

Gündəm 16 Mart 2018 20:18 Oxunub 1443
Daha bir küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
küçəyə 2 laydan ibarət asfalt-beton örtüyü döşənəcək

Bakı şəhərində avtomobil yollarının, küçə və prospektlərin yenidən qurulmasi və reabilitasiyası istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük layihələr icra olunur. Həyata keçirilən genişmiqyaslı işlərdə məqsəd bütün hərəkət iştirakçılarının rahat və maneəsiz şəkildə gediş-gəişini təmin etməkdir. Bu çərçivədə daha bir yol Binəqədi rayonunda əsaslı şəkildə yenidən qurulur. Söhbət 1076 metr uzunluğa malik və Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Builəcəri-Binəqədi yolu ilə (4-cü qapı küç.) birləşdirən 4-cü döngə küçəsindən gedir.

Sözügedən küçədə səth sularının axıdılması üçün nəzərdə tutulan sistemin olmaması, küçə boyu tikilən evlər səbəbindən yağış sularının axınının qarşısının kəsilməsi nəticəsində intensiv yağıntıla zamanı küçə su ilə dolurdu. Bu isə küçə boyu hərəkəti iflic edirdi, üstəlik yol örtüyünü və torpaq yatağını sıradan çıxarırdı.

Küçə ilə normal hərəkətin təmin olunması və sadalanan problemlərin tam olaraq aradan qaldırılması məqsədi ilə Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərə start verildi.

Yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə 0.8-1 metr hüdürlükdə yararlı qrunt tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Bu işlərə paralel olaraq səth sularının kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılır, 400 mm diametrində borulardan istifadə edilərək 600 metr uzunluğunda yağış suları xətləri çəkilir, lazımi yerlərə yağış barmaqlıqları quraşdırılır. Bununla yağıntılar zamanı yaşanan problemlərin tam olaraq aradan qaldırılması hədəflənir.

Bundan başqa vətəndaşların yolu kənarı ilə rahat və təhlükəsiz şəraitdə hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilir, kənarlarına 2 min paqon-metrdən çox səki daşları daşları düzülür, yolun hərəkət hissəsinə düşən işıq dirəkləri isə kənarlaşdırılır.

Növbəti mərhələdə yol əsası inşa ediləcək və küçəyə 2 laydan ibarət asfalt-beton örtüyü döşənəcək. Daha sonra zəruri yol nişanları quraşdırılmaqla və yolun üfüqi xətlənməsi işləri görülməklə küçə tam yeni və müasir görkəmdə istifadəyə veriləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh