İdmançı polisin daha bir uğuru - FOTO

Yol polisi 16 Mart 2018 17:31 Oxunub 1791
İdmançı polisin daha bir uğuru - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydasız döyüş üzrə baş tutan dünya çempionatında qızıl medal qazanıb

Martın 10-11-də Gürcüstanın Rustavi şəhərində MMA qarışıq döyüş növü üzrə Avrasiya çempionatı keçirilib. DİN İdman Cəmiyyətinin yetirməsi Rəşad Vəliyev də bu yarışda ölkəmizi layiqincə təmsil edib. Qələbə iddiası ilə döyüşə başlayan təmsilçimiz çempion adını qazanmayınca rinqdən çıxmayıb. + 90 çəki dərəcəsində peşəkarların yarışında R.Vəliyev Avrasiya kəmərinin sahibi olub.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə polis taborunun əməkdaşı, polis serjantı Rəşad Vəliyev əvvəllər idmanın yunan-Roma güləşi üzrə də özünü sınayıb, respublika və Bakı birinciliklərində fəxri kürsünün ilk pilləsinə qalxıb. Hazırda əlbəyaxa döyüş növləri ilə məşğul olur. İndiyədək bir çox uğurlu döyüşləri olub. O, ötən il qaydasız döyüş üzrə baş tutan dünya çempionatında qızıl medal qazanıb. Yeddiqat respublika çempionu olan təmsilçimiz, beynəlxalq turnirlərdə də baş mükafata layiq görülüb.

Qeyd edək ki, Rəşadı bu yarışlara DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin əməkdaşı, polis baş serjantı Hikmət Hacıyev hazırlayıb.

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh