Zərdabda minik avtomobili su kanalına düşüb - 7 min ziyan

Avtoxəbər 17 Mart 2018 00:26 Oxunub 1219
Zərdabda minik avtomobili su kanalına düşüb - 7 min ziyan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hyundai” zərbənin təsirindən yol kənarındakı su kanalına düşüb

Zərdab rayonunda yol qəzası baş verib. Hadisə şəhərin Azərbaycan prospektində, H.Zərdabi adına parkın yanından keçən biristiqamətli yolda qeydə alınıb. Rayon sakini Bəhruz Qocayev idarə etdiyi "Opel” markalı avtomobillə hərəkətsiz vəziyyətdə olan rayon sakini Ceyhun Abdullayevə məxsus “Hyundai” markalı maşını vurub. “Hyundai” zərbənin təsirindən yol kənarındakı su kanalına düşüb və nəticədə avtomobilə 7 000 manat zərər dəydiyi müəyyən olunub. Hadisəni törədən B.Qocayevin qəza zamanı içkili olduğu bildirilir. Nəticədə onun maşınını sığortaladığı şirkət, hətta qəzanı törədən sürücü zərərçəkənin tələblərini yerinə yetirməkdən imtina edir.

Faktla bağlı araşdırma aparılır. 

 

”Report”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh