Gənc oğlanı və 2 yaşlı körpəni avtomobil vurub - Bakıda

Qəzalar 17 Mart 2018 08:53 Oxunub 673
Gənc oğlanı və 2 yaşlı körpəni avtomobil vurub - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan piyadaların hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir

Bakının Nərimanov rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un xəbərinə görə, hadisə Həsənoğlu küçəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Ağakişiyev Hüseyn Ramiz oğlu və 2016-ci il təvəllüdlü Fətullazadə Fatimə Nihad qızı yolu birgə keçmək istəyərkən onların hər ikisini minik avtomobili vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh