Yol polisi Bərdədə sakinlərə görüş keçirib - VIDEO

Yol polisi 17 Mart 2018 23:46 Oxunub 2368
Yol polisi Bərdədə sakinlərə görüş keçirib - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol kənarlarında yerləşən məktəblərdə şagirdlərin diqqətli olmasının vacibliyini vurğulanıb

Daxili İşlər Nazirliyinin əhalinin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək hadisələrin qarşısının əvvəlcədən alınması məqsədilə həyata keçirdi tədbirlər planına uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 13-cü tağımı Bərdə-Yevlax yolunun kənarında yerləşən Şahvəlilər kəndində sakinlərlə görüş keçirib. Görüşdə çıxış edən 13-cü tağımın komandiri, mayor Rövşən Albəndov bildirib ki, əsas məqsəd əhalinin təhlükəsizliyinin təmin edilməsi, piyadavurlamarın, qəzaların qarşısının alınmasıdır. 

Tağım komandiri bildirib ki, ötən illər ərzində yol qəzaların sayında azalma müçahiddə edilib. “Bu həm də siz sakinlərin diqqətindən irəli gəlir. Lakin yenə də daha diqqətli olmalıyıq. Xüsusilə piyadda keçidlərindən istifadə edilməsi vacibdir. Bu bizim ümumi təhlükəsizliyimiz üçündür.” R.Albəndov yollarda mal-qaranın ötürülməsi ilə bağlı da danışıb. Bildirib ki, Bərdəda əhali daha çox maldarlıqla məşğul olur və xüsusi olaraq bu sahəyə diqqət yetirlməlidir. “mal-qara ötürən zaman, xüsusilə günün qaranlıq vaxtlarında diqqətli olun. Təkbaşına bu işi etməyin. Həmişə bir neçə nəfər birlikdə bunu etsinlər.”

Tağım komandiri operativ nəqliyyat vasitələrinə yol verilməsinin vacibliyi, kənd təsərrufatı texnikasının nasaz şəkildə idarə edilməməsi ilə bağlı da danışıb. R.Albəndov xüsusilə yol kənarlarında yerləşən məktəblərdə şagirdlərin diqqətli olmasının vacibliyini vurğulayıb. 

Görüşdə sakinləri maraqlanddıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib. Yeni piyada keçidlərinin, yol nişanlarının qoyulması ilə bağlı təkliflər verilib.

Tağım komandiri bu cür maarifləndirmə tədbirlərinin davamlı olacağını diqqətə çatdırıb.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh