Təyyarə qəzaya uğradı:  7 ölü

Qəzalar 17 Mart 2018 14:30 Oxunub 647
Təyyarə qəzaya uğradı:  7 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı araşdırma aparılır

Filippində baş verən təyyarə qəzası nəticəsində 7 nəfər ölüb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Filippin Mülki Aviasiya Təşkilatından bildiriblər. Hadisə martın 17-də ölkənin Bulakan əyalətində baş verib. Təyyarə Plaridel-Laoaq marşrutu üzrə hərəkət edirmiş və göyərtəsində 7 nəfər varmış. Onlardan biri pilot və 6 sərnişin olub.  Bildirilib ki, qəzaya uğrayan “Piper PA-23 Apache” təyyarəsi “Lite Air Express” aviaşirkəti tərəfindən istismar olunur. Hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh