Avtomobillərdən oğurluq edənlər saxlanıldı - Gəncədə  

Gündəm 17 Mart 2018 14:44 Oxunub 713
Avtomobillərdən oğurluq edənlər saxlanıldı - Gəncədə   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də və 26-da şəhər sakinləri Hafiz Mansurovun mobil telefonunu və Akif Qurbanovun “VAZ-21013” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Mayıl Həsənov saxlanılıb.

 

DİN-dən Avtosfer.az-a verilən məlumata görə, ətrafında aparılmış tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb və bu əməlləri birlikdə törətdiyi digər 2 nəfər də müəyyənləşdirilib. Görülmüş tədbirlərlə şəhər sakinləri Nicat Cəlilov və Möhsüm Tağıyev də saxlanılıblar.

Araşdırmalarla onların cari ilin fevral ayından mart ayının 12-dək olan müddətdə şəhər ərazisində 17 avtomobildən akkumulyator, maqnitofon və mobil telefon oğurlamaları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh