Bakıda daha bir marşrut kart sisteminə keçəcək

Yeniliklər 17 Mart 2018 14:32 Oxunub 1150
Bakıda daha bir marşrut kart sisteminə keçəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektron sistemdə fəaliyyət göstərən avtobusların sayı 162 ədəd olacaq

Paytaxtda daha bir marşrut kart sisteminə keçəcək. Bu barədə Avtosfer.az-a “Xaliq Faiqoğlu” MMC-dən məlumat verilib. Bildirilib ki, hazırda şirkətin istismarında olan 18, 52, 61, 65, 79, 85, 96 və 135 saylı marşrut xətlərində "BakıKart" sistemi tətbiq olunur. 2018-ci ilin I rübündə 20 saylı marşrut xəttinin də "BakıKart" sisteminə keçidi təmin ediləcək. Beləliklə, elektron sistemdə fəaliyyət göstərən avtobusların sayı 162 ədəd olacaq. Qeyd olunub ki, ümumiyyətlə, "BakıKart" layihəsinin tətbiqi üçün şirkət tərəfindən bir milyon manatdan artıq investisiya qoyulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh