Bayram günləri şəhərin mərkəzinə germəyin: DYP-dən XƏBƏRDARLIQ

Yol polisi 17 Mart 2018 15:23 Oxunub 1304
Bayram günləri şəhərin mərkəzinə germəyin: DYP-dən XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdirilir

“Paytaxt Bakıda keçiriləcək Novruz şənliklərində təhlükəsizliyin təmin olunması məqsədilə bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək". Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, mart ayının 19-da səhər saat 8:00-dan 13:00-dək paytaxtın Azneft dairəsindən Neftçilər prospekti istiqamətində dənizkənarı bulvar boyu kəsişən və paralel küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək. İçərişəhərdən başlayaraq Qız qalası istiqamətində və dənizkənarı bulvarda keçiriləcək bayran tədbirlərinə qatılan əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 14-cü kilometr, 20-ci sahə dairəsi və bayraq meydanı istiqamətindən avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdirilir. 

“Tədbirə qatılmaq istəyənlər ictimai nəqliyyatdan istifadə etsinlər. Ümumiyyətlə bayram şənliklərinə gələnlər unutmasınlar ki, Neftçilər prospekti boyunca Formula 1 yarışının keçirilməsi ilə əlaqədar olaraq qoyulmuş beton maneələr olduğu üçün həmin ərazidə avtomobillər park edilərsə yolda daralma olacaq və hərəkətə maneə yaradacaq. Bunu nəzərə alaraq tədbirə şəxsi avtomobilləri ilə gələn vətəndaşlar Azadlıq meydanındakı yeraltı dayanacaqdan istifadə etsinlər.”

Vaqif Əsədov  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin adından xalqımızı Novruz bayramı münasibəti ilə də təbrik edib.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh