Aptekə gəlmişdi, amma dərman üçün yox

Gündəm 18 Mart 2018 00:27 Oxunub 737
Aptekə gəlmişdi, amma dərman üçün yox
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Apteki qarət edən şəxs tutuldu

Martın 15-də Abşeron Rayon Polis İdarəsinə Novxanı qəsəbəsi ərazisindəki  apteklərdən birində quldurluq faktı barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə apardığı müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əliağa Abdullayev saxlanılıb. 

Abşeron RPİ-də araşdırma aparılır. 

 

Natiq Cavadov, 

DİN Mətbuat Xidmətinin əıməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh