Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutulub - Biri seyiddir

Gündəm 18 Mart 2018 00:36 Oxunub 979
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutulub - Biri seyiddir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğurlur edənlərin Mircabbar Miriyev, Yusif Əzizov və Əli Şirinov olduqları müəyyən edilib

Sabirabad Rayon Polis Şöbəsinə rayonun Kürkəndi kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərin kənarına quraşdırılan alüminiumdan olan çəpərlərin bəzək əşyalarının oğurlanması barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Sabirabad şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Mircabbar Miriyev, Yusif Əzizov və Əli Şirinov olduqları müəyyən edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh