Yol kənarından əl qumbarası aşkar edilib - FOTO

Gündəm 18 Mart 2018 00:39 Oxunub 794
Yol kənarından əl qumbarası aşkar edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sursat zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb

Goranboy rayonunun Veyisli qəsəbəsində 1 ədəd əl qumbarası aşkar edilib. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat martın 17-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh