İki yük maşını toqquşub: 6 ölü

Qəzalar 18 Mart 2018 08:55 Oxunub 639
İki yük maşını toqquşub: 6 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub

Mərakeşin Əqadir şəhərində eyni istiqamətdə hərəkət edən iki yük maşını toqquşub. Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata görə, toqquşmadan sonra maşınlar alışıb və alov yaxınlıqdakı iki minik avtomobilinə keçib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Məlumata əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində azı 6 nəfər həlak olub. Qəzanın səbəbləri araşdırılır. Qeyd edək ki, Mərakeş nəqliyyat nazirliyinin məlumatına əsasən, 2017-ci ildə ölkə ərazisində yol-nəqliyyat hadisələri nəticəsində 3499 nəfər həlak olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh