Bakıda son 2 gündə 5 nəfəri avtomobil vurub

Qəzalar 19 Mart 2018 10:07 Oxunub 655
Bakıda son 2 gündə 5 nəfəri avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisələr martın 17-si və 18-ində baş verib

Son 2 gündə Bakının 3 rayonu ərazisində bir neçə yol-nəqliyat hadisələri baş verib.

"Report" xəbər verir ki, xəsarətlə nəticələnən qəzalar martın 17-sindən 18-nə kimi Sabunçu, Suraxanı və Xəzər rayonları ərazisində qeydə alınıb.

Martın 18-i günorta saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1963-cü il təvəllüdlü Hüseynova Mənzurə İlyas qızı yolu keçərkən onu minik avtomobili vurub. Sürücü xəsarət alan qadını xəstəxanaya yerləşdirib.

Martın 17-si, axşam saatlarında Maştağa qəsəbəsi, "Məmmədyarov" dairəsi kimi tanınan ərazidə yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Toğrul Ələkbər oğlunu minik avtomobili vurub.

Martın 18-i Xəzər rayonu Buzovna qəsəbəsində "Albalı" marketin qarşısında dayanan 1996-ci il təvəllüdlü Məmmədov Məmməd Natiq oğlunu minik avtomobili vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daha bir yol-nəqliyyat hadisəsi ötən gün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. 1997-ci il təvəllüdlü Səlimzadə Müşviq Əli oğlunu minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hövsan qəsəbəsində 1955-ci il təvəllüdlü İsmayılova Arifə Cahangir qızını yük avtomobili vurub. O, ağır bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Baş vermiş faktlarla bağlı Sabunçu, Suraxanı və Xəzər rayon polis idarələrində araşdırmalar aparılır. Avtotexniki ekspertiza təyin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh