Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Qəzalar 19 Mart 2018 10:07 Oxunub 569
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində iki sərnişin xəsarət alıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  "Report"un xəbərinə görə, hadisə ötən gün səhər saatlarında Xətai rayonunda qeydə alınıb.  Əhmədli qəsəbəsi ərazisində 57 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusu minik avtomobilinə çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər - 48 yaşlı Novruzova Şəlalə Xosu qızı və 57 yaşlı Nəzərov Şakir İzzət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh