DİN: İki gündə yol qəzalarında 5 nəfər ölüb

Qəzalar 19 Mart 2018 10:08 Oxunub 701
DİN: İki gündə yol qəzalarında 5 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) martın 17-dən 19-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 218 cinayət faktı qeydə alınıb, onların da 48-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 35 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh