Avtomobil piyadanı vurub öldürüb

Qəzalar 19 Mart 2018 10:49 Oxunub 582
Avtomobil piyadanı vurub öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. İmişli rayon sakini, 1939-ci il təvəllüdlü, Cəmalləddin Seyfi oğlu İmanov yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı ətrafdakıların köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, C.İmanov dünyasını dəyişib.

Onun meyti müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh