Bakıda qadın sərnişin avtobusda sürücünü yumruqladı – VİDEO

Avtosfer TV 19 Mart 2018 12:14 Oxunub 6968
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar

Bakıda marşrut avtobusunda qadın sərnişin sürücünü döyüb. Avtosfer.az xəbər verir ki, bu gün səhər saatlarında 79 saylı marşrut üzrə hərəkət edən avtobus Tbilisi prospekti ilə metronun "20 yanvar" stansiyası istiqamətində işıqforun qırmızı işığında dayanıb. Bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib. Sürücü isə yaşıl işığın yanmasını gözlədiyini deyib. Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücünü küçə söyüşləri ilə təhqir edərək, ona yumruq zərbəsi endirib. Təhqir və hücumlara reaksiya verməyən sürücü vətəndaşı qanunlara riayət etməyə dəvət edir. Sürücünün bildirdiyinə görə, həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar.

79 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh