Avtomobil 56 yaşlı kişini vurub, sürücü qaçıb

Qəzalar 19 Mart 2018 12:33 Oxunub 582
Avtomobil 56 yaşlı kişini vurub, sürücü qaçıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, rayonun Bala Cəfərli kənd sakini, 1962-ci il təvəllüdlü Rəhman Zəkəriyə oğlu Məmmədov yolu keçmək istəyən zaman naməlum avtomobil onu vurub və sürücü hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri alan R.Məmmədovu huşsuz vəziyyətdə yoldan keçən sakinlər gördükdən sonra Təcili Tibbi Yardım Stansiyasına və polisə məlumat veriblər. Qazax Mualicə Diaqnoztika Mərkəzinin Reanimasiya şöbəsində müalicə olunan yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh