Binə sakini civə satarkən tutuldu

Gündəm 19 Mart 2018 13:23 Oxunub 710
Binə sakini civə satarkən tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bir nəfərin civə satmaq istəməsi barədə məlumat daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, Baş idarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs civəni 5000 manata satarkən cinayət başında yaxalanıb. Araşdırmalarla onun Bakı şəhər sakini Ruzigar Əbişov, satmaq istədiyi güclü təsiredici xüsusiyyətə malik ağır metalın çəkisi 736,8 qram metallik civə olduğu müəyyən edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh