Kentukidə qatarlar toqquşdu - Yaralananlar var

Qəzalar 19 Mart 2018 14:52 Oxunub 515
Kentukidə qatarlar toqquşdu - Yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində qatarlardan biri relsdən çıxıb

ABŞ-ın Kentuki ştatında Corctaun şəhərində iki qatar toqquşub. Trend-in məlumatına görə, qatarların toqquşması nəticəsində 4 nəfərin xəsarət aldğı bildirilr. Qatarların yük qatarı olduğu bildirilir. Məlumata görə, insident gecə saatlarında baş verib. Qəza nəticəsində qatarlardan biri relsdən çıxıb. Qatarların toqquşması nəticəsində təhlükəli maye axması riski ilə əlaqədar ətrafdakı sakinlərin təxliyə edilməsi tovsiyə edilib. Daha sonra yaxınlıqdakı sakinlər üçün təhlükə olmadığı bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh