Ağdaşda kanala düşən maşının sürücüsü öldü

Gündəm 8 May 2014 11:48 Oxunub 1502
Ağdaşda kanala düşən maşının sürücüsü öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək su kanalına düşüb

Ağdaş rayonunda sürücünün ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. FHN mətbuat mərkəzindən verilən məlumata görə, rayonun Qoşaqovaq kəndindən keçən Şirvan kanalına “VAZ” markalı minik maşını düşüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək su kanalına düşüb. Xilasedicilər sürücünün meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh