“Red bul”un içindən ölmüş siçan çıxdı – VİDEO

Xəbərlər 19 Mart 2018 14:55 Oxunub 5287
“Red bul”un içindən ölmüş siçan çıxdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qutunu kəsərək içində siçan olduğunu hamıya göstərib

ABŞ-da içdiyi enerji içkisinin içindən ölü siçan çıxan adam Facebookda canlı yayım edərək başına gələnləri izləyicilərlə bölüşüb. Avtosfer.az xəbər verir ki, ABŞ-da yaşayan Coş Genli adlı adam aldığı enerji içkisinin qutusunda ölmüş siçan tapıb. Gənc adam bir benzin stansiyasından enerji içkisi alıb. Qutunun yarısını içib, digər yarısını isə saxlayıb. Qalan içkini yerə tökmək istəyəndə qəribə bir səs gəldiyini eşidərək qutunun içinə baxıb və ölü bir siçan görüb.

Gənc adam bundan sonra Facebookda canlı yayım zamanı qutunu kəsərək içində siçan olduğunu hamıya göstərib. Siçanın qutunun içinə təkbaşına düşməsinin mümkün olmadığını deyən adam eyni markadan istifadə edən hər kəsə əvvəl qutunun içinə baxmaları barədə xəbərdarlıq edib.

 

ismaric.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh