Sürücü dostlara bayram tösiyələri - Ərşad Hüseynovdan

Yazarlar 19 Mart 2018 15:07 Oxunub 1168
Sürücü dostlara bayram tösiyələri - Ərşad Hüseynovdan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhz belə davamlı istirahət günlərində yollarda qəzaların sayı artır

Dostlar, qarşıdan bir həftəlik bayram və istirahət günləri gəlir. Təcrübə göstərir ki, məhz belə davamlı istirahət günlərində yollarda qəzaların sayı artır. Respublika əhəmiyyətli yollarda avtomobillə uzaq səfərlər intensivləşdiyindən ağır qəzalar da çoxalır. 

Bunun baş verməməsi üçün çox diqqətli və intizamlı olun. Ən başlıcası odur ki, tələsməyin, özünüzü tələsən kimi aparmayın. Əminliklə deyirəm, tələsərək işi tez yerinə yetirmək (mənzil başına tez çatmaq) mükün olmur.

Yollarımızda ən təhlükəli qayda pozuntuları yüksək sürət, yanlış ötmələr və başqa lazımsız sərt manevrlərdir. Heç vaxt təhlükəsizliyinə əmin olmadığınız ötmə və başqa manevrlərə yol verməyin. Unutmayın ki, müəyyən fraqmentlər çıxılmaqla ölkəmizdə 90 km/saat-dan yüksək sürətlə təhlükəsiz hərəkətin məsləhət görüldüyü yol yoxdur. Yolun hamarlığı, hətta müəyyən məsafədə aydın görünməsi sizi aldatmasın. Əgər belə yolu tam təcrid edib yalnız bir sürücüyə versələr, orada 250 km/saat-la da sürmək olar, amma real həyatda heç vaxt velə olmur. Unutmayın ki, yolda ən ciddi təhlükə elə insanlardır - məsuliyyətsiz sürücü və piyada, öz heyvanlarını yolda nəzarətsiz qoyan naxırçı, yolun çalasını vaxtında yamamayan yol işçisi və s. Həmin intizamsızla harada qarşılaşacağını isə heç kəs bilmir, bilməsi də mümkün deyil. Ona görə də daim diqqətli olmalısınız ki, belə intizamsızlar sizə şok (bəzən faciəvi) sürpriz yaşatmasınlar.

Yaz vaxtı duman və çiskin daha çox olur, ona görə də həmişə şəraitə, xüsusən görünmə məsafəsinə uyğun sürət seçin və lazımsız manevr etməyin.

Müşahidələr göstərir ki, ağır qəzaların xeylisi aqressiv sürmə zəminində baş verir. Bu aqressiyanən da əsas mənbələrindən biri bir-birimizə xoş olmayan münasibətimiz, qarşılıqlı hörmət və etimadın olmamasıdır. Ona görə də alicənab və ruhən pozitiv olun, bir-birinizə güzət edin.

Yorğun halda yola çıxmaq da çox təhlükəlidir. Əgər normal istirahət etməmisinizsə, risk etməyin, ani yuxulama həyatınızı alt-üst edə bilər. 

Sərxoş vəziyyətdə sürmə də ki, həmişə ziyanlıdır: cəriməsi böyük, cəzası ağır, fəsadları da təhlükəlidir.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh