Salyanda "Kamaz"la "06" toqquşdu - Yaralılar var

Qəzalar 20 Mart 2018 01:32 Oxunub 758
Salyanda "Kamaz"la "06" toqquşdu - Yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"06”nın sürücüsü və sərnişini xəstəxanaya aparılıb

Bu gün axşam saatlarında Şirvan-Salyan avtomobil yolunun Salyan rayonunun Qaraçala kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, “Salyan OİL” əməliyyat şirkətinə məxsus, Bəşirbəyli kəndinin 38 yaşlı sakini Abdinov Aqil Akif oğlunun idarə etdiyi 99-JE-886 dövlət nömrə nişanlı “KamAZ” markalı pompa maşını ilə rayonun Qarabağlı kənd sakinin idarə etdiyi “VAZ 2106” markalı 10-GU-216 dövlət nömrə nişanlı avtomaşın qarşı-qarşıya  toqquşub. Hadisə nəticəsində “06”nın sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırılma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh