Uşağını xilas edib özü ölən ananın qəzası... - Hökm

Qaydalar 20 Mart 2018 01:39 Oxunub 2108
Uşağını xilas edib özü ölən ananın qəzası... - Hökm
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Saatovun avtobusu nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan sürürmüş

Bakıda ölümlə nəticələnən yol qəzası tərətməkdə təqsirləndirilən Hakim Saatovun cinayət işi üzər məhkəmə iclası başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Hakim Saatov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Hakim Saatov 39 saylı marşrut üzrə idarə etdiyi “Daewoo” markalı 99-XV-274 dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, A. Şərifzadə küçəsində yolun kənarında dayanmış piyada Günel Əsgərovanı vurub. Piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Hakim Saatov şübhəli şəxs qismində tutulub. İstintaq zamanı Hakim Saatovun avtobusu nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan sürdüyü müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elam edilib.

Qeyd edək ki, həmin qəza ötən ilin sentyabrında Yasamal rayonu ərazisində baş verib. Qucağında körpə uşaq olan Günel Əsgərova 18 saylı avtobusdan düşərkən 39 saylı avtobusa çırpılıb. Gənc ana uşağı kənara ataraq onu xilas edə bilsə də, özü dünyasını dəyişib.

 

Teleqraf.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh