Nazirlik kvadrokopterin ələ keçirilməsilə bağlı məlumatlara münasibət bildirib

Gündəm 20 Mart 2018 10:37 Oxunub 658
Nazirlik kvadrokopterin ələ keçirilməsilə bağlı məlumatlara münasibət bildirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Erməni mətbuatında yayılan fotodakı kvadrokopter məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur

Müdafiə Nazirliyi Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, erməni mətbuatında yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur. "Yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib", - Nazirlikdən qeyd olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh