"BMW" maneəyə çırpıldı: 2 ölü

Qəzalar 20 Mart 2018 10:39 Oxunub 575
"BMW" maneəyə çırpıldı: 2 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub

Göygöldə ağır yol qəzası baş verib. Avtosfer.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göygöl rayonu ərazisində ”BMW” markalı minik avtomobilinin yol kənarında olan maneəyə çırpılması barədə məlumat daxil olub.

Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı ölən 23.03.1988-ci il təvəllüdlü İvan Codrean adlı şəxsin (Moldova vətəndaşı) cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan digər vətəndaş (şəxsiyyəti dəqiqləşdirilir) xilasedicilər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh