Dünyanın ən böyük aviamühərriki sınaqdan keçirildi – VİDEO

Texnologiya 20 Mart 2018 13:08 Oxunub 1464
Dünyanın ən böyük aviamühərriki sınaqdan keçirildi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dörd saat davam edən sınaqların uğurlu nəticələndiyi bildirilir

ABŞ-ın Kaliforniya ştatında dünyanın ən böyük aviamühərrikinin sınaqları keçirilib. Oxu.az xəbər verir ki, bu barədə “GE Aviation” məlumat yayıb. “General Electric” şirkəti tərəfindən istehsal olunmuş bir turbo-pərli  “GE9X” reaktiv mühərriki “Boeing 747-400” uçan laboratoriyasında  yoxlanılıb. Dörd saat davam edən sınaqların uğurlu nəticələndiyi bildirilir.  Mühərrik 47,6 tona qədər yük daşımağa imkan verir. "Boinq 777-8" modelinin  2020-ci ildən etibarən bu güc qurğusu ilə təchiz olunacağı bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh