Səsdən sürətli külək tuneli inşa edilib

Texnologiya 21 Mart 2018 08:42 Oxunub 1500
Səsdən sürətli külək tuneli inşa edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihənin detalları “Science China: Physics, Mechanics & Astronomy” dərgisində çap olunub

Çinli mühəndislər yüksək texnoloji səsdən sürətli təyyarələri test etmək üçün dünyanın ən sürətli külək tuneli inşa edib. Oxu.az xəbər verir ki, bu barədə Çinin “Şinhua” agentliyi məlumat yayıb.

Çin Elmlər Akademiyasına bağlı Yüksək Təzyiq Qaz Dinamikləri Laboratoriyasının alimləri səs sürətinin 25 qatına qədər çata bilən sınaq məqsədli külək tunelinin inşasını tamamlayıb.

265 metr uzunluqdakı tunel səs sürətinin 25 qatı olan, “Mach 25” şiddətinə çatan səsdən sürətli uçuşların simulyasiyasının həyata keçirilməsinə imkan verəcək.

Layihənin detalları “Science China: Physics, Mechanics & Astronomy” dərgisində çap olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh