Tovuzda yol qəzası baş verib, 3 yaralı var

Qaydalar 21 Mart 2018 23:36 Oxunub 1535
Tovuzda yol qəzası baş verib, 3 yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes" hərəkətdə olan zaman digər avtomobil arxadan ona çırpılıb

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun İbrahim Hacılı kəndində baş verib. İlkin məlumata görə, "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobil arxadan ona çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılardan 2-i avtomobillərin sürücüləridir. Onların xəsarəti yüngüldür. Hadisə zamanı "Mercedes"in bir sərnişini - Şəmkir rayon Kür qəsəbə sakini, 1984-cü il təvəllüdlü Hüseynova Güldanə Tofiq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh