Bakıda marşrut avtobuslarında sərnişinlərə SÜRPRİZ - FOTOLAR

Avtosfer Foto 21 Mart 2018 09:57 Oxunub 2140
Bakıda marşrut avtobuslarında sərnişinlərə SÜRPRİZ - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Xaliq Faiqoğlu” şirkətinin istismar etdiyi marşrut xətləri nümunəvi fəaliyyət göstərir

Sərnişinlərin təhlükəsizliyinə, onların rahatlığına və ən əsası sərnişin məmnuniyyətinə hər zaman xüsusi önəm verən “Xaliq Faiqoğlu” şirkəti xalqımızın sevilən bayramlarını və əlamətdar günlərini onlarla ünsiyyət üçün əlavə imkan hesab edir. Məhz bu səbəbdən “Xaliq Faiqoğlu” MMC-nin təsisçisi Faiq Seyidovun göstərişi ilə şirkətin əməkdaşları Novruz bayramı ərəfəsində 18, 61, 65 və 85 saylı xətlər üzrə xidmət göstərən doğma Bakımıza və şəhər nəqliyyatında xüsusi gözəllik qatan yeni avtobuslarda sərnişinlərə sürpriz edib. Avtobuslara daxil olan milli geyimli əməkdaşlar Novruzun atributu sayılan və xüsusi dizaynla qablaşdırılmış çərəz və şirniyyatları sərnişinlərə təqdim ediblər.

Şirkətin qeyri-adi bayram təbrikini böyük sevinclə qarşılayan sərnişinlər öz dərin təşəkkürlərini ifadə ediblər. “Xaliq Faiqoğlu” şirkətinin istismar etdiyi marşrut xətlərinin nümunəvi fəaliyyət göstərdiyini vurğulayan sərnişinlər, şirkətin rəhbərliyinə və əməkdaşlara təşəkkür ediblər. Onu da qeyd edək ki, paytaxtımıza turist kimi gəlmiş Fransa, İran, İraq və Türkiyə vətəndaşları milli geyimli xanımlara və şirniyyatlarımıza xüsusi maraq göstərib. Şirkətin təqdim etdiyi bayram sovqatlarından dadan turistlər milli geyimli əməkdaşlarımızla fotolar çəkdiriblər və xoş təəssürata görə minnətdarlıq ediblər. Turistlər Bakının mərkəzində ictimai nəqliyyatın yüksək səviyyədə xidmət göstərdiyini, avtobusların rahat, təmiz və işıqlı olduğunu vurğulayıblar. Onlara “Xaliq Faiqoğlu” şirkəti barədə qısa məlumat verilib.

Aksiya zamanı 200-dən artıq şəxsə bayram sovqatları təqdim edilib. Paytaxt sakinləri diqqətə görə minnətdarlıq ediblər.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh