Məscidin yanında 4 avtomobil toqquşdu - 2 nəfər ağır yaralandı - FOTO

Avtoxəbər 22 Mart 2018 00:25 Oxunub 1238
Məscidin yanında 4 avtomobil toqquşdu - 2 nəfər ağır yaralandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"BMW" markalı avtomobil yüksək sürətlə hərəkət etdiyindən "06" markalı avtomobilə dəyib

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi olub. Məscidin yaxınlığında iki "VAZ-2106" markalı, bir "VAZ-2107" və "BMW" markalı avtomobil toqquşub. 4 avtomobilin toqquşması nəticəsində 2 nəfər 1-i qadın olmaqla ağır xəsarət alıb. Ölən yoxdur. Polis hadisənin səbəbini araşdırır.

***

Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi məlum olub. AzNews.az xəbər verir ki, "BMW" markalı avtomobil yüksək sürətlə hərəkət etdiyindən "06" markalı avtomobilə dəyib, daha sonra 2 avtomobilə də ziyan dəyib.

aznews.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh