Bakıda “protiv” gedən sürücünün ŞOK görüntüləri yayıldı - VİDEO

Yazarlar 22 Mart 2018 00:09 Oxunub 5348
Bakıda “protiv” gedən sürücünün ŞOK görüntüləri yayıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi sürücü hərəkətin əksinə getsə də, yoluna çıxdığı sürücüyə ağıl verir

Martın 20-də paytaxtın Heydər Əliyev prospektində yol hərəkəti qaydasını pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücünün görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, aeroport şossesindən Binə qəsəbəsinə ayrılan yolda 99-AD-149 qeydiyyat nişanlı "Daewoo Gentra" markalı avtomobilin sürücüsü birtərəfli yolun tam olaraq əksinə çıxaraq axına qarşı hərəkət edib. Qarşıdan gələn sürücünün ona yol vermədiyini gördükdə isə qayda pozan sürücü və sərnişin avtomobildən enərək onu təhdid etməyə və özlərini haqlı çıxarmağa çalışıbıar. “Mənim yolumu kəsdin, indi çıx sağla yavaş-yavaş get, bayram günüdür, çıx get. Taxta qapının dəmir qapıya işi düşüb” deyə, hədə-qorxu gələn sürücünün videosu sosial şəbəkələrdə tənqid olunub. Bəziləri sürücünün spirtli içkinin və ya narkotik maddənin təsiri altında olduğunu idda edib. Elə videodakı hadisələr də göstərir ki, normal insan, normal sürücü başqasının yoluna çıxa-çıxa bu cür qabaqdangəlmişlik etməz.

Videodan da aydın olduğu kimi, maşın dayandıqda sükan arxasından enən sürücü geri qayıdanda sükan arxasına keçmir. Bu dəfə maşını sərnişin idarə edir. Bununla da, onların hər ikisi qayda pozmuş sayılır və hər ikisinə “protiv” getməyə görə cərimə yazılmalıdır.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh