Gəncə avtomobil zavodu Türkiyə bazarına çıxır - FOTO

Avtoxəbər 22 Mart 2018 12:30 Oxunub 2863
Gəncə avtomobil zavodu Türkiyə bazarına çıxır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Minsk traktor zavodu ilə birgə

Gəncə avtomobil zavodu ixracyönümlü məhsul və texnologiya istehsalı layihəsi, üçüncü ölkələrin bazarlarına çıxmaq və Türkiyədə zavodun tikintisi çərçivəsində "Konya Tarım Fuarı 2018" sərgisində iştirak edib. Trend-in məlumatına görə, bu layihə Minsk traktor zavodu ilə birgə həyata keçirilir və Türkiyə bazarında "Belarus" traktorlarının istehsalı və satışını nəzərdə tutur.

Gəncə avtomobil zavodu İstehsalat Birliyinin rəhbəri Xanlar Fətiyev bildirib ki, bu gün müəssisə Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərindən biri olan qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.

Kənd təsərrüfatı texnikasına daxili tələbatın təmin olunması və yeni iş yerlərinin açılması ilə yanaşı zavod ixracyönümlü məhsullarının istehsalı və Türkiyədə yeni müəssisənin açılışı hesabına satış coğrafiyasının genişləndirilməsini davam etdirir.

Müəssisədən bildiriblər ki, sərgidə iştirak edənlərin yüksək marağı ilə onlara əlavə marketinq tədqiqatları aparmaq imkanı verib. Tədqiqatlar göstərdi ki, "Belarus" traktorlarının Türkiyə bazarında keyfiyyət və qiymət baxımından çox böyük perspektivləri var.

http://cdn.axar.az/2018/03/21/gence-zavod2.jpg

http://cdn.axar.az/2018/03/21/gence-zavod.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh