UAZ hibrid avtomobil istehsalına başlayır

Avtoxəbər 22 Mart 2018 13:00 Oxunub 1643
UAZ hibrid avtomobil istehsalına başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hibrid avtomobillərin qiyməti yanacaqla işləyənlər adətən daha baha olur”

Ulyanovsk avtomovil zavodu (UAZ) hibrid avtomobil istehsal etməyi planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə UAZ-ın Satış və marketinq üzrə baş direktorun müavini Sergey Travkin danışıb. “Hibrid avtomobillərdə birdən artıq enerji mənbəyindən istifadə edilir. Bir qayda olaraq biz daxili yanma mühərriki və elektrik mühərrikinin birləşməsindən danışırıq. Hibrid avtomobillərin qiyməti yanacaqla işləyənlər adətən daha baha olur”, - Travkin bildirib.

Travkin həmçinin zavodun propan-butan qazları ilə çalışan sertifikatlaşdırılmış avadanlıqla təchiz edilmiş maşınların satışı üzərində çalışdığını açıqlayıb.

Qeyd edək ki, Ulyanovsk avtomobil zavodu (UAZ) “Hanter”, “Patriot”, “Profi” kimi tamötürücülü yolsuzluq avtomobilləri ilə yanaşı, eyni zamanda yük avtomobilləri və mikroavtobuslar istehsal edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh