Mustafa Sandal BP-ni məhkəməyə verdi - 3 milyon tələb edir

Maraqlı 23 Mart 2018 02:29 Oxunub 1391
Mustafa Sandal BP-ni məhkəməyə verdi - 3 milyon tələb edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətlə bağladığı 4 illik müqavilənin nəticəsində 5 milyon 450 min pul qazanıb

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal BP şirkətinə qarşı qaldırdığı təzminat iddiasının miqdarını artırıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, əvvəlcə müğənni 65 min türk lirəsi tələb etsə də, indi məbləğ 3 milyona qaldırılıb. BP isə məhkəmədə qarşı tərəfin iddialarının rəddini tələb edib.

Qeyd edək ki, M. Sandalın belə addım atmasının səbəbi 31dekabr 2016-cı ildə bitən reklam müqaviləsindən sonra şəkillərinin şirkət tərəfindən icazəsiz istifadə edilməsidir. O, şirkətlə bağladığı 4 illik müqavilənin nəticəsində 5 milyon 450 min lirə məbləğində pul qazanıb. BP isə müqavilə müddəti bitdikdən sonra müğənninin fotolarından yanacaqdoldurma məntəqələrindəki afişalarda istifadə edib. Hazırda məhkəmə iddianı araşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh