"Shacman" "Mercedes"in üstündən keçdi - 2 ölü, 2 yaralı - VİDEO

Avtosfer TV 24 Mart 2018 22:44 Oxunub 1485
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Shacman"ın təkəri partladığı üçün yoldan çıxaraq su kollektoruna aşıb

Saatlı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub. Ötən gün axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunun idarə etdiyi "Shacman" markalı yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin üstündən keçərək kanala yuvarlanıb. Nəticədə “Mercedes”-in sürücüsü və sərnişini, İmişli sakini 1988-ci il təvəllüdlü İsgəndərov Peyman Qərib oğlu hadisə yerində ölüblər.  “Mercedes”-də olan digər sərnişin  İmişli rayonu Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində su kollektoruna aşan "Shacman" markalı yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü 3 qaldırıcı kranın və FHN Sabirabad yanğından mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq Saatlı rayon xəstəxanasına çatdırılıb. Xilasetmə əməliyyatı təxminin 3 saata yaxın davam edib.

Yük avtomobilinin sürücüsünə Saatlı xəstəxanasında ilkin yardım göstərildikdən sonra hər iki ayağının açıq qəlpəli sınığı diaqnozu ilə Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yola salınıb.

Faktla bağlı BDYP tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

APA

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh