Sürücülərə «ASAN ödəniş» sistemi ilə bağlı vacib xəbər; SMS gələcək

Yazarlar 6 Yanvar 2015 16:52 Oxunub 2201
Sürücülərə «ASAN ödəniş» sistemi ilə bağlı vacib xəbər; SMS gələcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP tərəfindən sənədləşdirilən bütün qayda pozuntuları barədə məlumatlar “ASAN ödəniş” sisteminə ötürülməlidir

Məlum olduğu kimi, artıq “ASAN ödəniş” sistemi işə düşür. Bu sistem işə düşəndən sonra sürücülər qayda pozuntularına görə onlara yazılmış cərimələri həmin sistem vasitəsilə ödəyə biləcəklər. Lakin bu sistemin sürücülərə tətbiq olunan cərimələrlə bağlı funksiyası sadəcə ödənişi qəbul etməkdən ibarət deyildir. 2 may 2014-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə və həmin dəyişikliklərin tətbiqi barədə Prezident fərmanına əsasən, “ASAN ödəniş” sistemi sürücülər üçün başqa bir mühüm funksiyanı da həyata keçirməlidir. Söhbət sürücülərin törətmiş olduqları qayda pozuntuları, buna görə tətbiq olunan cərimələr və həmin cərimələrin ödənilmə müddəti ilə bağlı məlumatlandırılmadan gedir. Edilmiş dəyişikliklərə əsasən, DYP-nin Mərkəzi İnformasiya Sistemi sürücülərin törətmiş olduqları və həm elektron qaydada, həm də yerində DYP əməkdaşı tərəfindən tərtib olunmaqla sənədləşdirilən bütün qayda pozuntuları barədə məlumatları (protokolları, qərarları, habelə onlara əlavə olunan foto və ya videogörüntüləri və s.) “ASAN ödəniş” sisteminə ötürməlidir. “ASAN ödəniş” sistemi isə hər bir sürücünü bu barədə həm SMS vasitəsilə, həm də elektron poçt (əgər varsa) vasitəsilə məlumatlandırmalıdır. Bunun üçün “ASAN ödəniş” sistemində hər bir sürücü üçün ayrıca “elektron kabinet” mövcud olmalıdır. “ASAN ödəniş” sistemi DYP-dən daxil olan müvafiq məlumatları sürücünün “elektron kabinet”inə yerləşdirməlidir. Daha sonra sürücüyə SMS-lə (əgər varsa, həm də e-mail-lə) məlumat verməlidir ki, öz “elektron kabinet”indəki məlumatla tanış olsun.

Görək “ASAN ödəniş” sistemi işə düşəndən sonra bu qayda necə tətbiq olunacaq. 

Bununla belə, “ASAN ödəniş” sisteminin işə düşməsindən sonra sürücülərin cərimələrin ödənilməsi ilə bağlı problemlərinin dərhal həll ediləcəyini də gözləmək doğru deyil. Məsələ burasındadır ki, sürücülər üçün “ASAN ödəniş” sistemi yalnız DYP-dən daxil olan məlumatlar əsasında fəaliyyət göstərəcək. DYP-nin Mərkəzi İnformasiya Sistemində isə sürücünün qayda pozması barədə məlumatın aylarla, hətta bəzən illərlə “səfil” kimi dolaşdığı və bütün müddətlər ötürüldükdən sonra ortaya çıxdığı heç kəsə sirr deyil. Odur ki, “ASAN ödəniş” sisteminin tam səmərəli fəaliyyət göstərməsi üçün DYP də öz Mərkəzi İnformasiya Sistemində lazımi operativlik təmin etməlidir.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh