Azərbaycanda yeni fırıldaq: guya 120 manat cərimə ödəməlisiniz - FOTO

Yazarlar 25 Mart 2018 00:03 Oxunub 5347
Azərbaycanda yeni fırıldaq: guya 120 manat cərimə ödəməlisiniz - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyinin adından yayılan bu cür məlumatlara inanmayın

Azərbaycanda smartfon istifadəçiləri bəzi saytlara daxil olarkən fırıldaqçılıqla qarşılaşırlar. Belə ki, istifadəçilərə Daxili İşlər Nazirliyi adından xəbərdarlıq gəlir. Guya DİN-nin adından gələn xəbərdarlıqda bildirilir ki, istifadəçinin xətti pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün blok olunur. Qeyd edilir ki, bloku ləğv etmək üçün istifadəçi göstərilən nömrəyə 120 manat cərimə ödəməlidir. “Cərimə ödənildikdən sonra blok avtomatik açılacaq. Cərimənin ödənilməsindən imtina etdiyiniz və ya cəriməni ödəmədən bloklanmanı açmağa cəhd etdiyiniz halda, həbs olunmağınız üçün yaşayış yerinizə dərhal istintaq əməliyyat qrupu göndəriləcək”, - deyə xəbərdarlıqda bildirilir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi bu saytlara girişi qadağan etmir, sadəcə azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması, izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Minval.info-a açıqlamasında vətəndaşları diqqətli olmağa çağırıb: “Bu ya kiminsə uydurması, vətəndaşlarla zarafatlaşması, ya da birbaşa dələduzluq faktıdır. Bu bildiriş Daxili İşlər Nazirliyi tərəfindən göndərilməyib. Göndərilə də bilməz. Məsələ ilə bağlı araşdırmalar aparılacaq. Əgər başqa insanlar da bu cür mesajlar alıblarsa, mütləq hüquq-mühafizə orqanlarına müraciət etsinlər, bidirişdə göstərildiyi kimi ödəniş etməsinlər. Tez bir zamanda lazımi tədbirlər görüləcək”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh