Bərdədə "099"la "Ford" toqquşdu - 4 yaralı var - FOTO

Qaydalar 25 Mart 2018 00:40 Oxunub 2713
Bərdədə "099"la "Ford" toqquşdu - 4 yaralı var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bərdədə 4 nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə rayonun Koroğlu küçəsində baş verib.  Belə ki, "VAZ-21099" markalı avtomobillə "Ford" markalı minik avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri ağır xəsarət alıb. Yük avtomobilin sürücüsü Telman Əliyev, minik avtomobilinin sürücüsü, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Qədir Tapdıq oğlu, habelə onun iki azyaşlı ovladı - 10 yaşlı Əlizadə Aysun Qədir qızı və 4 yaşlı Əlizadə Əli Qədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Travmatalogiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətləri ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh