Rusiya Tu-160M2 təyyarəsini yenilədi

Texnologiya 25 Mart 2018 10:28 Oxunub 1387
Rusiya Tu-160M2 təyyarəsini yenilədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Yeni rus Tu-160M2 NATO-nun ən qorxulu yuxusu ola bilər”

Rusiya Tu-160M2 raketdaşıyan-strateji bombardmançısını yeniləməklə mümkün və ağıllı variant seçib. Axar.az xəbər verir ki, bu barədə “National İnterest” jurnalı yazıb.

Jurnal öz məqaləsini “Buna görə yeni rus Tu-160M2 NATO-nun ən qorxulu yuxusu ola bilər” başlığı ilə yayımlayıb.

Məqalədə bildirilib ki, yeni təyyarələr uçuş məsafəsini 1000 kilometrə qədər artıra bilən təkmilləşdirilmiş mühərriklərlə təchiz olunacaq.

Döyüş layneri Hava Hücumundan Müdafiə silahları ilə qorunan bağlı hədəfləri vura biləcək yeni nəsil qanadlı raketlərlə silahlanacaq. Həmin raketlər ABŞ-ın B-2 “Spirit” və B-21 “Rayder” bombardmançılarında yoxdur.

Qeyd edək ki, Tu-160 qanadlarının geometrik dəyişməsi ilə dünyanın ən güclü döyüş maşınlarından biridir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh