Bakıda “Maserati” ilə “avtoş”luq edən sürücü həbs edildi – 20 gün

Avtoxəbər 26 Mart 2018 02:43 Oxunub 2634
Bakıda “Maserati” ilə “avtoş”luq edən sürücü həbs edildi – 20 gün
WhatsApp kanalımıza abunə ola bilərsiniz
10 ZL 101-in sürücüsünün sürücülük hüququ da məhdudlaşdırlıb

Bu gün Bakıda “Maserati” markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, yol polisi onu Neftçilər prospektində “avtoş”luq etdiyi üçün saxlayıb. DYP əməkdaşlarına tabe olmayan sürücünün idarə etdiyi maşını bir qədər sonra saxlamaq mümkün olub.

Araşdırma zamanı məlum olub ki, 10 ZL 101 dövlət nömrə nişanlı avtomobili idarə edən şəxs İsmayıl Kamal oğlu Mədətovdur. Onun barəsində toplanmış materiallar Səbayel rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarə ilə sürücü İsmayıl Mədətov 20 gün inzibati həbs cəzasına məhkum edilib. Bundan əlavə, onun sürücülük hüququ da məhdudlaşdırlıb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh