Maşın bazarında durğunluq yaşanır - VİDEOREPORTAJ

Yazarlar 26 Mart 2018 12:57 Oxunub 1299
Maşın bazarında durğunluq yaşanır - VİDEOREPORTAJ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu durğunluq qarşıdakı aylarda qiymətlərin enməsinə təsir edə bilər

Bayram tətili günlərində alış-veriş mərkəzlərində canlanma müşahidə edilsə də, avtomobil bazarında əksinə, durğunluq yaşanıb. Avtosfer.az-ın məlumatına görə, avtomobil bazarında qiymətlərin bahalaşması uzun müddətdir ki, bu sektorda durğunluğa səbəb olub. Alıcılıq qabiliyyəti ən çox aşağı düşən isə irihəcmli mühərriki olan maşınlardır. Tələbat isə daha çox alman, nisbətən isə Rusiya və Yaponiya istehsalı olan, azhəcmli mühərrikli avtomobillərədir.

Alıcılar deyir ki, yaxşı vəziyyətdə olan avtomobillər bazarda çox olsa da, qiymətləri münasib deyil.

Ekspertlər isə bildirir ki, bazarlarda uzun müddət davam edən durğunluq qarşıdakı aylarda qiymətlərin enməsinə təsir edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh