Nazir traktor payladı

Avtobazar 8 May 2014 11:52 Oxunub 2223
Nazir traktor payladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
125 traktordan 43-ü fermer və sahibkarlara verilib

Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Tovuz “Aqroservis” filialına gətirilən “Belarus” tipli 125 traktora baxış keçirib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nazir əvvəlcə filialda yaradılmış şəraitlə tanış olub. Sonra respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edən nazir Heydər Əsədov dövlətimizin başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Diqqətə çatdırılıb ki, Tovuz “Aqroservis” filialına gətirilmiş 125 ədəd traktordan 43-ü bu gün fermer və sahibkarlara lizinq yolu ilə verilir. Nazir bildirib ki, fermerlər qarşılaşdıqları hər hansı problemlə bağlı nazirlikdə yaradılan “Qaynar xətt” (1652) ilə əlaqə saxlaya bilərlər. Traktor almış fermerlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Nazir daha sonra Tovuzda fəaliyyət göstərən Dövlət toxumçuluq təsərrüfatında, Rayon Baytarlıq və Fitosanitar Xidməti idarələrində olub.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh